Avtomobil idxalı iki dəfə artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 2 065 ədəd avtomobil gətirilib.

XALQ.AZ  Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, avtomobil idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,05 dəfə artıb.

Ölkəyə gətirilən avtomobillərin 11 ədədi və yaxud 0,53%-i sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 1 867 ədədi və yaxud 90,4%-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 182 ədədi və yaxud 8,85%-i yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 5 ədədi, yaxud 0,24%-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

RƏSUL