Avtoqəzada ana ilə 2 övladı ilə öldü

11

 

Sentyabrın 29-da günorta saatlarında Bakı-Quba yolunda 3 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Xalq.az APA-a istinadən xəbər veri ki , qəza Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun 109-cu km-də, Siyəzən rayonu ərazisində qeydə alınıb.90 NZ 488 dövlət nömrə nişanlı, ”Shackman” markalı yük maşını 53 BA 721 dövlət nömrə qeydiyyatlı “VAZ 2106” markalı avtomaşının üstündən keçib.Qəza nəticəsində “VAZ 2106”-nın sərnişinləri – ana və 2 övladı dünyasını dəyişib. Ailənin başçısı, Siyəzən rayonu, Yenikənd kənd sakini, 1976-cı il təvəllüdlü İsgəndərov Eldəniz İsrafil oğlu və minik maşının sürücüsü, Siyəzən şəhər sakini, 1988-ci il təvəllüdlü Orucov Samir Malik oğlu müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.Hadisənin başvermə səbəbləri Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırılır.