AXCP REAL-a necə atdı? –ŞOK HADİSƏ

79

İmzatoplama kampaniyasında 21 min səs vəd verən cəbhəçilər İlqar Məmmədovu yığdıqları saxta imzalarla seçkidən etdilər.

Oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində iştirak etmək istəyən, lakin lazımi qədər imza toplaya bilməyən bəzi namizədlərlə bağlı maraqlı məlumatlar ortaya çıxıb. Xalq.az-a verilən məlumata görə, belə qalmaqallı məsələlərdən biri də AXCP ilə REAL Hərəkatı arasında yaşanıb.

REAL-dakI mənbələrdən verilən məlumatda deyilir ki, imzatoplama kampaniyası çərçivəsində REAL rəhbərliyinə AXCP-dən təklif gəlib. Həmin təklifdə bildirilib ki, əgər REAL-ın rəhbərliyi icazə verərsə, cəbhəçilər İlqar Məmmədov üçün 21 min imza toplaya bilərlər. Bu təklifi dəyərləndirən hərəkatın İdarə Heyəti qarşı tərəflə anlaşır. İmzatoplama kampaniyası çərçivəsində REAL-ın həmsədri İlqar Məmmədov üçün yığılan 41247 imzadan 4982-nin etibarsız olduğu üzə çıxıb. Və məsələnin bu yerdə olduğunu görən REAL-çılar da ilkin mərhələdə sussalar da, AXCP rəhbərliyinə mesaj ünvanlayaraq onları sərt şəkildə tənqid ediblər. Üstəlik, bildiriblər ki, bundan sonra AXCP ilə REAL arasında hər hansı bir müttəfiqlikdən söhbət gedə bilməz və onlar artıq düşməndirlər. Məlumatlara görə, şübhəli imzaların hamısı məhz cəbhəçilər tərəfindən yığılıbmış. Və MSK da məhz həmin saxta imzaların sayını müəyyənləşdirərək, İlqar Məmmədovla bağlı yekun qərar qəbul edib və namizədliyi qeydə alinmayıb. Gedişatdan belə başa düşmək olar ki,Milli Şuranın yaradıcılarından biri olan Əli Kərimli bu addımı ilə məqsədli çəkildə Milli Şuranı namizdəinə alternativi olacaq İlqar Məmmədovu  sıradan çıxarmaq istəyib,və istəyinə nail olub.

 

P.S. REAL hərəkatı MSK-nı yox AXCP-ni məhkəməyə verməlidir.