“Axır ki, Jirinovski başa düşdü”

aydin

“Rusiya və Azərbaycan bir-birinə sıx bağlı olan ölkələrdir. Rusiya dövlətimizi özünün yaxın dostlarından biri kimi görə bilib. Hər iki ölkə bir-birinin milli maraqlarına hörmətlə yanaşırlar və bu yaxşı nəticələr verir”.

XALQ.AZ-ın məlumatına görə, bunu Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski Azərbaycan və prezident İlham Əliyev haqqında söylədiyi fikirlərə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Azərbaycanın son iyirmi bir ildə Rusiya ilə münasibətlərində pozitiv dinamikanı inkar etmək absurd olardı. “Çünki, bunu artıq görməmək mümün deyil.

Jirinovskinin fikirləri xüsusi diqqət tələb edir. Çünki, o bütün müstəqillik illərində Azərbaycana qarşı düşmən mövqedə olan Rusiya siyasətçisidir. Bir qayda olaraq ölkəmiz və cəmiyyətimiz haqqında siyasətçiyə yaraşmayan fikirlər bildirib, Dağlıq Qarabağ məsələsində Ermənistanı müdafiə edib. İndi isə o Azərbaycanın inkişafına, Prezident Əliyevin siyasətinə yüksək qiymət verir”.

Millət vəkili hesab edir ki, bu gün Rusiya və Azərbaycan bir-birilərinə qarşlıqlı surətdə lazımdır.

“Vladimir Jirinovski axır ki, bunu başa düşdü. Mən ona təşəkkür edə bilmirəm, bir Azərbaycan oğlu kimi onun ölkəmizlə bağlı söylədiklərini unuda bilmirəm. Ancaq nəzərə alıram ki, o da Azərbaycana real qiymət verdi”.