Aydın Əliyev cənub bölgəsinə gedir

Aydin

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev vətəndaşları qəbul edəcək.

XALQ.AZ-ın Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətinə istinadla verdiyi məlumata görə, komitə sədri avqustun 29-da saat 10:30-da Lerik şəhərindəki Mədəniyyət Evində (A. Əsədullayev küçəsi 22) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı bölgədə yerləşən rayonların – Lerik, Astara, Lənkəran rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.