Aygün Bəylər səhnəni birdəfəlik tərk etdi

17

 

Əməkdar artist Aygün Bəylər səhnəni birdəfəlik tərk etdi. ANS PRESS-in məlumatına görə, müğənni bu qərarını ATV-Maqazin proqramına açıqlayıb.O, öz qərarını dəhşətli vəziyyətdə olan şou-biznesin bir hissəsi olmaq istəməməsi ilə izah edib: “Mən artıq oxumuram, oxumaqdan daha ciddi bir sənətlə məşğul olmaq qərarına gəldim. Hətta toylarda və tədbirlərdə də oxumayacam. Şou-biznes mənlik deyil. Yeksənəklikdən yoruldum, həyatımı dəyişməyə, özümü bütünlüklə qızıma və yeni işimə həsr etməyə qərar verdim”.A. Bəylər bildirib ki, əvvəlki imicini qaytarıb – saçını qısa kəsdirib, kişi paltarı geyinir, çünki belə özünü daha rahat hiss edir: “Belə görkəmdə özümü rahat hiss edirəm. Belə daha yaxşıdı mənə.”