Ayla Çelikin Bakı səfəri təxirə salındı

“Bağdad” mahnısı ilə məşhurlaşan Ayla Çelik dünən iş adamı sevgilisi Barbaros Utku ilə restoranlardan birində görünüb.

Xalq.az bildirir ki, bir neçə gün əvvəl sevgilisinin ailəsi ilə tanış olan Ayla jurnalistlərin evlilik barədə suallarına cavab verib:

“Siz belə suallar verəndə pis vəziyyətdə qalırıq. Bu suallar məni utandırır”.

Qeyd edək ki, A.Çelik dünən 106.3 FM-in dəvəti ilə Bakıya gəlməli idi. Lakin hava şərtlərinə görə müğənninin səfəri təxirə düşüb. O, yanvarın 13-də paytaxtımızın qonağı olacaq. Ayla Çelikin gəlişinin səbəbi “İlin mahnısı” müsabiqəsi çərçivəsində “Milli dalğa” mükafatına layiq görülməsidir.

Scroll to top