Aynişan anası ilə duet oxudu

 

2

Əməkdar artist Aybəniz Haşımova qızı Aynişan Quliyeva ilə duet oxuyub.

Müğənni bu haqda “Star life” verilişinə açıqlamasında deyib. O, duetin yaxın günlərdə işıq üzü görəcəyini bildirib.

Aynişan isə bunun sənət aləmində bir ilk olacağını iddia edib:

“Bu günə kimi bütün duetlər sevgidən, ayrılıqdan bəhs edib. Bizdə isə ana-bala münasibətinə həsr olunub. Sənət aləmində belə duet ilk dəfə olacaq. Sənətə gələn gündən hamı deyir, niyə ananla duet oxumursan. Nəhayət, bunu reallaşdırdım”.