Azərbaycan elminə ağır itki-Akademik vəfat etdi

Картинки по запросу maqsud əliyev
Azərbaycanda fizika sahəsində mühüm xidmətləri olan görkəmli alim, “Şöhrət” ordenli, AMEA-nın həqiqi üzvü Maqsud Əliyev dekabrın 23-də 92 yaşında vəfat edib.
Bu barədə XALQ.AZ-a Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.
Xatırladaq ki, M. Əliyev 1924-cü il avqustun 27-də Tiflis şəhərində anadan olub. O 1941-1943-cü illərdə Tiflis Dövlət Universiteti fizika-riyaziyyat fakültəsinin tələbəsi olub, lakin 1943-cü ildə təhsilini yarımçıq qoyaraq, cəbhəyə yola düşüb.
Akademik 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. M. Əliyev 1957-ci ildə fizika üzrə fəlsəfə dok­toru və 1966-cı ildə fizika üzrə elmlər doktoru elmi dərəcələrini, 1967-ci ildə pro­fessor elmi adını alıb. Onun yüksək ixtisaslı elmi kadrların hazırlanmasında alimin böyük xidmətləri olub. O, yarımkeçiricilər fizikası və onun tədris metodikası sahəsində 35 fəlsəfə doktoru, 7 elmlər doktoru yetişdirib.
M. Əliyev yarımkeçiricilər fizikası sahəsindəki və elmi kadrların hazırlanmasındakı böyük xidmətlərinə görə 1969-cu ildə fizika ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilib.
Görkəmli alimlə vida mərasimi dekabrın 26-da saat 13.00-da AMEA-nın Əsas binasının Dairəvi akt zalında keçiriləcək.
Allah rəhmət eləsin!

Scroll to top