AZƏRBAYCAN GƏMILƏRININ RUSIYAYA CAVAB SƏFƏRI GÖZLƏNILIR

İlin sonunda Azərbaycan dənizçilərinin Həştərxana səfəri nəzərdə tutulur.

Xalq.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidenti V.Putin Azərbaycan Prezidenti İ.Əliyevlə danışıqlarından sonra bildirib:
“Danışıqlar prosesində Rusiya Xəzər Donamasının gəmi dəstələrinin Bakıya dostluq səfərində iştirakı nəzərdə tutulurdu. Gəmi dəstələrinin tərkibinə “Dağıstan” raket gəmisi və “Volqodonsk” kiçik artilleriya gəmisi daxil olub. Bu ilin sonunda isə Azərbaycan gəmi dəstələrinin Astraxana cavab səfəri planlaşdırılır” – deyə Putin bildirib.