Azərbaycan hərbi dənizçiləri birinci oldu

“Dəniz kuboku – 2018” beynəlxalq müsabiqəsində iştirak edən ölkələrin komandaları arasında futbol yarışı keçirilib.

 

XALQ.AZ xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, birinci mərhələdə İran komandası ilə qarşılaşan Azərbaycan hərbi dənizçiləri qalib gəlib. Qazaxıstan və Rusiya komandalarının oyunu isə Rusiya dənizçilərinin qələbəsi ilə başa çatıb.

Final oyunlarında İran dənizçiləri Qazaxıstan komandasına, Azərbaycan komandası isə rusiyalı hərbi dənizçilərə qalib gəlib.

Beləliklə, futbol üzrə dostluq turnirində Azərbaycan birinci, Rusiya ikinci, İran komandası isə üçüncü yerə layiq görülüb.

Qalib komandalara kuboklar, medallar, fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

 

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.