Azərbaycan qəzeti ABŞ-da da nəşr olunmağa başladı

XALQ.AZ xəbər verir ki, Azərbaycan çap mətbuatının böyük uğuru gerçəkləşib. Belə ki, ingilisdilli “Azernews” qəzeti artıq ABŞ-da da nəşr olunmağa başlayıb. Daha sevindirici hal isə odur ki, qəzetin çap formatı tək ABŞ-da yox, artıq bir həftədir ki, Kanada, Çin, Böyük Britaniya, Çexiya, Rusiya, Qazaxıstan və digər nəhəng dövlətlərdə öz oxucularına təqdim olunur. Bu, qəzetin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında daha bir töhfəsidir.
Qeyd edək ki, bir müddət öncə “Azernews” qəzeti və nüfuzlu Amerika yayımçısı qəzetin çap versiyasının ABŞ-da nəşri üçün müqavilə imzalamışdı.
Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.