Azərbaycan tankçıları qələbə qazandılar

Azərbaycan, Venesuela və Çin komandaları “Beynəlxalq Ordu Oyunları – 2018” yarışları çərçivəsində “Tank biatlonu” müsabiqəsinin üçüncü günündə qələbə qazanıblar.

XALQ.AZ xəbər verir ki, bu barədə müsabiqənin baş hakimi Roman Binyukov bildirib.

Venesuela ekipajı ilk yürüşün qalibi olub: finişə 25 dəqiqə 42 saniyəyə çatıb.

İkinci yürüşdə Çin tankçıları uğur qazanıblar.

Üçüncü yürüşdə tankodroma CAR, Zimbabve, Azərbaycan və Hindistan yığmaları çıxıb.

Azərbaycan tankının ekipajı qalib gəlib. Hindistanlılar ikinci, zimbabvelilər – üçüncü, CAR hərbçiləri isə dördüncü olublar.

 

 

Orxan