Azərbaycan-Yaponiya Parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş

 

8 mart 2018-ci il tarixində Yaponiyanın Baş Nazirinin Xüsusi Məsləhətçisi cənab Tomohiko Taniquçi Azərbaycanda rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində Tomohiko Taniquçi həmçinin Azərbaycan-Yaponiya Parlamentlərarası dostluq qrupunun üzvləri ilə də görüşmüşdür. Görüş Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Teruyuki Katorinin İqamətgahında baş tutmuşdur.

Görüşdə Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq qrupunun rəhbəri, Milli Məclisin deputatı Muxtar Babayev, Milli Məclisin deputatları Hadi Rəcəbli və Məlahət İbrahimqızı iştirak etmişlər.

Görüş zamanı Yaponiya və Azərbaycan Respublikası arasındakı qarşılıqlı faydalı əmakdaşlıq və dostluq münasibətləri haqqında söhbət açılmış, xarici siyasətlə bağlı fikir mübadiləsi aparılmış və ümumi inkişaf perspektivləri müzakirə edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.