Azərbaycanda yenilik – Yeni avtomobillər artıq satışda!

Neftçala Sənaye Məhəlləsində açılmış “Xəzər” avtomobil zavodunda ildə 10 min avtomobil istehsal olunacaq.
XALQ.AZ  “Report”a istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin iclasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir bildirib ki, bu avtomobillər daxili bazarla yanaşı, bir sıra xarici ölkələrə də ixrac ediləcək.
Artıq 100-ə yaxın avtomobilin satışına başlanıb, daha 200 avtomobil üçün sifariş qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir