Azərbaycanın energetika naziri İranda səfərdədir

Tehranın Sərgilər Mərkəzində XXIII Beynəlxalq Neft-Qaz və Neft-Kimya Sərgisi açılıb. Sərginin açılış mərasimində İranda səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov iştirak edib.

İranın dövlət rəsmilərinin iştirakı ilə açılan sərgidə 1200 yerli və 880 xarici şirkət təmsil olunub. Mayın 9-dək davam edəcək sərgidə Azərbaycanı SOCAR təmsil edir. Azərbaycanla yanaşı sərgidə İspaniya, Almaniya, Türkiyə, Yaponiya, Finlandiya, Qazaxıstan, İsveç, Rusiya və başqa ölkələrin şirkətləri öz məhsullarını sərgiləyir və xidmətlərini təqdim edir.

XALQ.AZ xəbər verir ki, İrana səfəri çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu ölkənin neft naziri Bijən Namdar Zəngənə ilə görüşüb.

Görüşdə digər sahələrdə olduğu kimi enerji sahəsində də Azərbaycan ilə İranın əməkdaşlıq əlaqələrinin inkişaf etdiyi vurğulanıb. Nəzərə çatdırılıb ki, Xəzər dənizində müvafiq blokların birgə işlənməsi ilə bağlı imzalanan sənəd hər iki dövlətin enerji sahəsinin inkişafına öz töhfəsini verəcək.

Söhbət zamanı iki dövlət arasında neft-qaz, energetika sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.