Azərbaycanlı iş adamının təyyarəsin əlindən aldılar

 

rza

ABŞ-da davam edən məhkəmə işində şahid olaraq dindilən biznesmen Rza Zərrabın “ARE Aviasiya” şirkətinə aid biznes təyyarəsi İstanbul Atatürk hava limanında müsadirə edilib.

Doğan agentliyi yazır ki, MNG təyyarə bazasında olan “Challenger 300″ tipli təyyarə son dəfə 30 noyabrda uçub.

İstanbul Baş Prokurorluğunda açılan istintaq çərçivəsində, dekabrın 1-də Rza Zərrab və yaxınlarının əmlaklarının müsadirə edilməsinə qərar verilib.Qərarda “Türkiyə Respublikasının təhlükəsizliyi, daxili və ya xarici siyasi mənfəətləri baxımından gizli qalması lazım olan məlumatları xarici dövlət lehinə siyasi və hərbi casusluq məqsədilə təmin edildiyi” qeyd olunub.

İstanbul Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər Bürosunda Zərrab və yaxınları barədə istintaq başlanıb. Bu istintaq çərçivəsində Zərrabın bacısının əri Bəhram Orominin ailə şirkəti olan NAB Holding-in icraçı direktoru Omid Orominin də aktivlərinə həbs qoyulub. Bu holding Azərbaycanın maliyyə sektorunda iştirak edir, “Bank of Baku”nun nəzarət səhm paketinin mülkiyyətçisidir.

Zərrab hazırda Nyu-York məhkəməsində İrana qarşı sanksiyaların pozulması işi üzrə ifadə verir.

Scroll to top