Azərbaycanlı kikboksçu qalib olaraq səkkiz milyon qazandı-Fotolar

 

Фото Михаила Росохатого.

 

 

Kikboksinq üzrə üçqat dünya çempionu və WAKO üzrə Avropa çempionu, məşhur idmançımız Ramal Aslanov SUPER FAİTH FİGHT K1 versiyası üzrə Super Finalın qalibi olub.

XALQ.AZ-ın məlumatına görə ”Lord” ləqəbli idmançımız Çində təşkil olunan Super Finalin qalibi olaraq 8 milyon (Çin yuanı) (iki milyon manat) qazanıb.

İdmançımız öz facebook hesabında qeyd etmişdir ki,Çox sükür Allahın böyüklüyünə. Super Finalın çempionu oldum və əsas mükafat 8 milyon (Çin yuanı) qazandım. Məşqçim Hakim Hacıyev həmişə yanımdadır və məni hər yarışa xüsusi hazırlayır. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev başda olmaqla əziyəti keçən hər kəsə təşəkkür edirəm. Peresvit promotion Mixail Rosokhatviyə minnətdarlığımı bildirirəm”

Qeyd edək ki, son illər Kikboksinq Federasiyasının  idmançıları müxtəlif beynəlxalq yarışlarda qalib olaraq vətənə qızıl medallarla dönürlər. Kikboksinq Federasiyasının prezidenti millət vəkili Adil Əliyevdir.

Фото Михаила Росохатого.

Фото Михаила Росохатого.

Фото Михаила Росохатого.

Фото Михаила Росохатого.

Фото Михаила Росохатого.

 

 

 

Scroll to top