Azərbaycanlı lotereyada 285 min qazandı

“Azərlotereya” ASC tarixində 3-cü  ən böyük Cek Pot uduşu qeydə alındı.

XALQ.AZ məlumat verir ki, 29.06.2018 – ci il tarixində Space telekanalının canlı efirində “Azərlotereya” ASC-nin təşkil etdiyi “6/40” lotereyasının 1964 –cü tirajında 285 070 manata yüksəlmiş Cek Pot 1 bilet tərəfindən qazanıldı. Bu məbləği qazanan “051245” nömrəli biletin sahibidir. 

XALQ.AZ