Azərbaycanlı tanınmış iş adamı həbs olundu

 

Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda çıxış edən “Şərurspor”un prezidenti Sərdar Bağırov saxlanılıb.

XALQ.AZ“Futbol+” qəzetinə istinadən xəbər verir ki, iş adamı vergidən yayınmaqda ittiham olunur.

O, hazırda Kürdəxanı müvəqqəti saxlama təcridxanasındadır. Vəkilləri Bağırovun heç-bir qeyri-qanuni işlə məşğul olmadığı, qanunlar çərçivəsində fəaliyyət göstərdiyi barədə sənədlər hazırlayıb məhkəməyə vermək üzərində çalışırlar.

Klub prezidenti günahının olmadığını sübuta yetirə bilsə yaxın günlərdə azadlığa buraxıla bilər.

Scroll to top