Azərbaycanlı Türkiyədə millət vəkili seçildi

Türkiyədə keçirilən növbədənkənar parlament seçkilərində əslən azərbaycanlı Şamil Ayrım qalib gəlib.
XALQ.AZ xəbər verir ki, Şamil Ayrım XXI çağırış İstanbul millət vəkili olmuşdu.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Şamil Ayrımla əlaqə saxlayıb, onu təbrik edib və əməkdaşlıq imkanları müzakirə olunub. Türkiyəli millət vəkili bildirib ki: “Biz daim Türkiyəni və Azərbaycanı güclü görmək arzusundayıq. Mən bundan sonrakı fəaliyyətimdə də ölkələrimiz arasında əlaqələrin inkişafı üçün çalışacam. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlığı davam etdirəcək, Türkiyədəki azərbaycanlıların qayğılarını diqqətdə saxlayacam. Təbii ki, Qarabağın azadlığı bizim ən böyük arzumuz və məqsədimizdir. Bu yöndə də əlimdən gələni etməyə hazıram”.
Şamil Ayrım millət vəkili kimi ölkəmizə ilk səfəri zamanı Fuad Muradovla görüşəcəyini də bildirib.
Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.