Azərbaycan ədəbiyyatına itki üz verib

Картинки по запросу sabir sarvan
Bu gün Azərbaycan ədəbiyyatına itki üz verib.
XALQ.AZ xəbər verir ki, şair Sabir Sarvan qəfildən vəfat edib. O, 40 illik ədəbi fəaliyyətində, bir-birindən rəngarəng poetik nümunələr ərsəyə gətirib, cəmiyyətdə çox məşhur olmasa da, yaradıcı şəxslər arasında sayılıb-seçilən şair olub. S.Sarvan Azərbaycan Yazıçılar Birliyinin (AYB) Sumqayıt filialında çalışıb, bu filialın qurulmasında fəal iştirak edib.
Bu ilin yanvar ayında AYB-də şairin 60 yaşı qeyd olunub.
Allah rəhmət eləsin!