“Azərbaycan Əliyevlə böyüyür” – Türkiyə mediası

Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri qardaş ölkə Türkiyənin də gündəmindədir. Bu barədə “Yenişafak”da geniş məqalə yayımlanıb.
XALQ,AZ xəbər verir ki, həmin yazıda İlham Əliyevin prezidentliyə ən güclü namizəd olduğu vurğulanıb. Seçkilərə az müddət qalmış aparılan sorğularda respondentlərin böyük əksəriyyətinin İlham Əliyevi dəstəklədiyi bildirilib.
İlham Əliyevin 14 illik prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatının 14 dəfə böyüdüyü, işsizliyin 45 faiz azaldığı ifadə olunub.
Qeyd edilib ki, İlham Əliyevin seçkilərdə qalib gəlməsi ilə Azərbaycan bölgədə daha da güclənəcək.

Elgün