Azərbaycan ən təhlükəsiz ölkədir

Baki (2)_50QCENAT

 

Azərbaycan cinayətkarlıq səviyyəsinin göstəricisinə görə dünyanın 20 ən təhlükəsiz ölkələri siyahısına daxil edilib.

XALQ.AZ-ın xəbərinə görə, bu barədə APA “kavkasia.net”-ə istinadən məlumat verir.

Məlumata əsasən, reytinq ölkələr və şəhərlər barədə dünyanın ən böyük statistik məlumat bazasına malik “Numbeo” resursu tərəfindən hazırlanıb.

Resursun 125 ölkədə apardığı araşdırmanın nəticələrinə əsasən, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri siyahısında 18 yerdə qərarlaşıb. İlk onluqda Qətər, Sinqapur, Avstriya, BƏƏ, Honqkonq, Gürcüstan, Yaponiya, Danimarka və Belarus yer alıb.

Venesuela, Honduras, Cənubi Sudan, Cənubi Afrika, Nigeriya, Braziliya və Salvador ən kriminal ölkələr siyahısında yer alıb.