Azərbaycan “Eurovision”da finala keçə bilmədi

Xəbər verdiyimiz kimi, Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

XALQ.AZ xəbər verir ki, təmsilçimiz Aysel Məmmədova (Aisel) finala keçə bilməyib.

19 ölkənin final uğrunda mübarizə apardığı gecədə, ən sonda 10 ölkənin üzü gülüb.

Belə ki, Azərbaycan, İslandiya, Belçika, Belarus,Yunanıstan, Ermənistan, İsveçrə, F.Y.R. Makedoniya, Xorvatiya finalla vidalaşıb.

Avstriya, Estoniya, Litva, İsrail, Çexiya, Kipr, Bolqarıstan, Albaniya, İrlandiya və Finlandiya isə 12 may tarixində mübarizəyə qaldığı yerdən davam edəcək.

Qeyd edək ki, müsabiqənin ikinciyarımfinalı 10 may, finalı isə 12 may tarixində baş tutacaq.

 

Elgün