Azərbaycan futbol üzrə dünya çempionatında – Video

Həyəcanın yaşı yoxdur.

Əgər söhbət futboldan gedirsə, bu ifadəni əminliklə işlədə bilərik. Çünki, məhz futbol azarkeşləri üçün yaş məhdudiyyəti mövcud deyil. “Kəpəz”in U-14 komandasındakı uşaqları gördükdən sonra sadalananlara bir daha əminliyimiz artır. Aralarında məşqə gecikən, tez-tez yorulanlar olsa da, ölkəmizi beynəlxalq səviyyədə təmsil edəcəklər də az deyil. Ümid edirik ki, Azərbaycan futbol üzrə dünya çempionatında iştirak etdikdə yığmamızın üzvlərindən bir neçəsini məhz bu uşaqlar təşkil edəcək.

XALQ.AZ “Yeni Gəncə” qəzetinin əməkdaşlarının “Kəpəz”in U-14 komandası ilə bağlı hazırladığı videomaterialı təqdim edir: