Azərbaycan futbolunda qalmaqal

Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində keçirilən “Bakı” – “İnter” oyununda xoşagəlməz hadisə baş verib. 

ANS PRESS-in məlumatına görə, qarşılaşmanın 72-ci dəqiqəsində kobud oyuna görə, sarı vərəqə ilə cazalandırılan meydan sahiblərinin müdafiəçisi Araujo Santos hakimin qərarına kəskin şəkildə etiraz edib. Baş hakim Rəhim Həsənov isə ona bu etirazınına görə qırmızı vərəqə göstərib. Əsəblərini cilovlaya bilməyən braziliyalı futbolçu Rəhim Həsənova kəllə vurub.