Azərbaycan himni turistləri heyran qoydu – VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən “Formula 1” Azərbaycan Qran-prisinin qaliblərini mükafatlandırıblar.

XALQ.AZ  xəbər verir ki, əsas mərhələnin açılışı dövlət himnimizin səsləndirilməsi ilə olub.

Himni gənc müğənni Samirə Əfəndi ifa edib, onu royalda müşayiət edən isə məşhur azərbaycanlı cazmen İsfar Sarabski olub.

Dünyanın müxtəlif ölkələrindən yarışları izləməyə gələn “Formula 1” fanatları himni alqışlarla qarşılayıb. Turistlər himni dinləyərkən heyranlıqlarını gizlədə bilməyib.

Qeyd edək ki, “Formula 1” Azərbaycan Qran-prisinin qalibi “Mercedes” komandasının pilotu Luis Hamilton  olub.

Elgün