Azərbaycan kinosunun həmişə cavan gözəli (FOTO)

Hemide

Yaratdığı rolları ilə tamaçıların qəlbinə yol tapan belə aktrisalarımızdan biri “Babamızın babasının babası”nın Zeynəbi, “Şirbalanın məhəbbəti”nin Nazlısı, “Anlamaq istəyirəm”in Çinarəsi, “Yol əhvalatı”nın Zümrüdü və s. rolların əvəzsiz ifaçısı xalq artisti Həmidə Ömərovadır.

Həmidə Ömərova 25 aprel 1957-ci ildə Bakıda anadan olmuşdur. 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb. 1979-1993-ci illərdə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, 1992-1993-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışıb. Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak edib, “Azərbaycan kinosunda feminizm”, “ABŞ kinosu: 1895-1945-ci illər”, “Amerika kino tarixi” kitablarını qələmə alıb. Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kinoşünaslıq” kafedrasına rəhbərlik edir.
1986-cı ildən Azərbaycan Dövlət Televiziyasında “Retro” kinozalının aparıcısı, 2002-ci ildən “Kinoştrix” verilişinin ssenari müəllifidir.

1986-cı ildə Respublika Lenin Komsomolu mükafatına, 1988-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2005-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

H-1

H-2

H-3

Hemide