Azərbaycan mədəniyyətinə ağır itki-Hamının sevimlisi vəfat etdi

Azərbaycanın Xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında vəfat edib.

XALQ.AZ-ın xəbərinə görə, tanınmış aktrisanın cəsədi Bakıda yaşadığı mənzildə FHN xilasediciləri tərəfindən aşkarlanıb.

FHN-nin məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada 1945-ci il təvəllüdlü Ağakişiyeva Zərnigar Fəti qızının cəsədini aşkar edib.

Z.Ağakişiyevanın cəsədi aidiyyəti üzrə təhvil verilib.

Картинки по запросу zərnigar

Qeyd edək ki, Zərnigar Ağakişiyeva “Ötən ilin son gecəsi”, “Yol əhvlatı”, “Təhminə”, “Onun bəlalı sevgilisi”, “Ölsəm…bağışla”, “Güllələnmə təxirə salınır!..” kimi bir çox məşhur filmdə əsas, ikinci dərəcəli, epizodik rollarda iştirak edib.

Aktrisa 1982-ci ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 2014-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib. Prezident təqaüdçüsü idi. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

Ailə qurmayıb.

Allah rəhmət eləsin!

Картинки по запросу zərnigar