Azərbaycan müsəlman ölkələrinin önündə gedir

11

“Din xadimləri, dini icmaların təmsilçiləri cəmiyyətimizin mənəviyyat sütunlarıdır. Onlarla görüşüb söhbət etmək, fikir mübadiləsi aparmaq bizim hamımız üçün çox önəmlidir”. APA-nın qərb bürosunun məlumatına görə, bu fikri millət vəkili Qənirə Paşayeva Gəncədə keçirilən “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda regional konfransda çıxışı zamanı bildirib.

O qeyd edib ki, müsəlman dövlətlərinin əksəriyyətində olub və müsəlmançılığın, İslamın ən gözəl şəklinin rast gəlindiyi ölkənin Azərbaycan olduğunun şahidi olub: “Mənə 5 dənə müsəlman ölkəsinin liderini göstərin ki, onun siyasətində məzhəbçilik və təriqətçilik görməyəsiniz. Mənə 5 müsəlman ölkəsi göstərin ki, orda bir təriqət digər təriqəti əzməsin. Orda basqılar olmasın. Nadir müsəlman ölkələri var ki, sözügedən hallara rast gəlinmir. Azərbaycan da bu ölkələrin önündə gedir. Həm Heydər Əliyevin, həm də prezident İlham Əliyevin siyasəti nəticəsində məzhəbindən və inancından asılı olmayaraq, heç kəsin dini sahədə basqı görmədiyi bir cəmiyyət formalaşıb”.

Millət vəkili deyib ki, Azərbaycanda İslam dəyərləri çox yüksək səviyyədə qorunur və saxlanılıb.