Azərbaycan RRB iclaslarında təmsil olunacaq

Rabite

Oktyabrın 8-9-da Finlandıyanın paytaxtı Helsinski şəhərində Regional Rabitə Birliyinin (RRB) infokommunikasiyalar üzrə komissiyasının birgə iclasları keçiriləcək.

Beynəlxalq tədbirdə Azərbaycanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisləri təmsil edəcəklər.

Nazirlikdən verilən məlumata görə, tədbir çərçivəsində MDB ölkələrində informasiya cəmiyyətinin inkişafı sahəsində əməkdaşlıq strategiyasının həyata keçirilməsi üzrə 2015-ci ilədək olan dövrü əhatə edən tədbirlər planı müzakirə olunacaq.

Eyni zamanda, MDB-də internet şəbəkəsi əsasında transsərhəd məkanının formalaşdırılması, RRB-yə üzv ölkələrin “İPv6” protokoluna keçidlə bağlı təklifləri, bu protokol üzərində işləyən beynəlxalq servislərin fəaliyyətinin tənzimlənməsi imkanları və bir sıra digər məsələlər nəzərdən keçiriləcək.