Azərbaycan və Misir arasında əlaqələr müzakirə edildi

Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Misir Mədəniyyət Mərkəzinin müdiri Ahmed Sami Elaydi Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin qonağı olub.

XALQ.AZ -ın məlumatına görə, Mərkəzin sədri, Prezident yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Rufiz Qonaqovla görüşdə iki dost ölkə, Misir və Azərbaycan arasında beynəlxalq və mədəniyyət sahəsində əlaqələrdən söhbət açılıb. BMAM-nin fəaliyyəti və gördüyü işlər barəsində qonağa məlumat verən Rufiz Qonaqov Misir Mədəniyyət Mərkəzi ilə birgə müxtəlif tədbirlərin həyata keçirilməsi istiqamətində əməkdaşlığın vacibliyini vurğulayıb.

Öz növbəsində görüşdən məmnunluğunu ifadə edən misirli diplomat Mədəniyyət Mərkəzinin fəaliyyət istiqamətləri barəsində geniş söhbət açaraq,Misir Respublikasında fəaliyyət göstərən Qeyri Hökümət Təşkilatları ilə Azərbaycandakı Vətəndaş Cəmiyyətləri arasında birgə fəaliyyətin daha da genişləndirilməsinin iki ölkə arasında əlaqələrə müsbət təsir göstərəciyini diqqətə çatdırıb. Görüşün sonunda Misir Mədəniyyət Mərkəzinin müdiri Ahmed Sami Elaydi BMAM-nin kollektivini Misir Mədəniyyət Mərkəzini ziyarət etməyə dəvət edib.

RƏSUL