Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri keçiriləcək.

Mayın 1-dən 5-dək keçiriləcək Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimlərində istifadə olunacaq silahların, hərbi və xüsusi texnika nümunələrinin sərgisi keçirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Təcrübəli mütəxəssislər tərəfindən şəxsi heyətə hərbi texnikaının istismarı, tətbiqi, döyüş və digər imkanları barədə məlumatlar çatdırılıb.
Qeyd edək ki, iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilən birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edəcək.