Azərbaycana gətirilən kreslolardan tiryək çıxdı

Nakotik

İran vətəndaşlarının Azərbaycana gətirdiyi kreslolardan 45 qram tiryək çıxıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşları – Parvizi Hormoz Anoush oğlu və onun köməkçisi Gholamin Bahman Alijan oğlunun idarə etdikləri “Scania” markalı sərnişin avtobusundakı yüklərə “HEIMANN” markalı rentgen aparatı ilə baxış keçirilib.

Baxış zamanı 5 ədəd kreslonun içərisində – arxa hissədə korpusa bərkidilmiş vəziyyətdə, müxtəlif ölçülü plastik borularda xalis çəkisi 45 qram olan narkotik vasitə – tiryək aşkar edilib.