Azərbaycana qar yağdı

20

 

Lerik və Qubanın Xınalıq kəndinə 5 sm hündürlüyündə qar yağıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji proqnozlar bürosu belə havanın həftənin sonuna kimi davam edəcəyi barədə məlumat verir.

Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə müdiri Gülşad Məmmədova: “Bu gün yağış yağmaqda davam edəcək, sabah isə hava nisbətən yaxşı olacaq. Sabah yağıntılar azacıq kəsiləcək, külək mülayimləşək. Axşama doğru yenidən fasilələrlə yağış davam edəcək”.