Azərbaycana təzyiqlər artacaq

96

 

Oqtay Əsədov: “Bu gün Azərbaycanda inqilaba və iğtişaşlara çağırışı edənləri, onlara cavab verənləri də açıq müşahidə etmək çətin deyil”

 

“Azərbaycanda keçiriləcək Olimpiada ərəfəsində təzyiqlər artacaq”.

ANS PRESS-in məlumatına görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov plenar iclasda bildirib.

O deyib ki, “ABŞ səfirliyinin “Miledi” ləqəbli bir qadın əməkdaşı vardı, bütün fəaliyyəti Azərbaycan hakimiyyəti əleyhinə çağırışlar etməkdən ibarət idi”. Bu gün Azərbaycanda inqilaba və iğtişaşlara çağırışları, bu çağırışı edənləri, onlara cavab verənləri də açıq müşahidə etmək çətin deyil: “Vaxtilə ABŞ-ın Azərbaycanda bir qadın əməkdaşı vardı, ləqəbi “Miledi” idi.

Onun bütün fəaliyyəti Azərbaycan hakimiyyəti əleyhinə çağırışlar etməkdən ibarət idi. 2015-ci ildə Azərbaycanda olimpiada keçiriləcək, bu cür çağırışlar, təzyiqlər artacaq. Ona görə də həssas və diqqətli olmalıyıq”.