Azərbaycanda da AY TUTULMASI müşahidə ediləcək

ay tutulmaso 10 mart

Bu il baş verəcək Ay tutulmaları Azərbaycanda da müşahidə ediləcək.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov XALQ.AZ-a bildirib ki, 2017-ci ildə hər il olduğu kimi 2 Ay və 2 Günəş tutulması qeydə alınacaq. Ay tutulmalarını Azərbaycanda müşahidə etmək mümkün olsa da, Günəş tutulmaları ölkəmizdə görünməyəcək: “İlk Ay tutulması fevralın 11-də, Bakı vaxtı ilə saat 02:34-də başlayacaq, saat 04:43-də maksimumda olacaq, saat 06:51 başa çatacaq. Buna yarım və zəif kölgəvari Ay tutulması deyilir. Proses Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikada görünəcək. Azərbaycanda da bu prosesi səhərə yaxın müşahidə etmək mümkün olacaq. Avqustun 7-də baş verəcək ikinci Ay tutulması isə saat 21:22-də başlayacaq, saat 22:20-da maksimumda olacaq, saat 23:18-də başa çatacaq. Avropa, Asiya, Afrika, Avstraliya, Antarktida, Rusiyanın böyük hissəsində müşahidə ediləcək. Azərbaycanda da günbatandan sonra tutulmanın bir hissəsini görə biləcəyik”.