Azərbaycanda dövlət gənclər siyasətinin təməli məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub

 

Bu gün Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Bu siyasətin təməli məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.

Bu sözləri mayın 10-da ulu öndər Heydər Əliyevin xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn fəal gənc, NəzərMedia.az İnformasiya portalının baş redaktoru Nəzərbəy Hacıağayev AZƏRTAC-a müsahibəsində deyib.

O bildirib ki, ümummilli lider Heydər Əliyev həmişə gənclərin elmə, savada yiyələnmələrinə, onların yüksək təhsil almalarına xüsusi diqqət yetirib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Məhz bu siyasətin nəticəsində bu gün Azərbaycan gəncləri dünyanın ən nüfuzlu universitetlərində təhsil alırlar. Bütün bunlar ulu öndər Heydər Əliyevin Azərbaycan gənclərinə əbədi töhfəsidir. Hazırda bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Nəzərbəy Hacıağayev hər il mayın 10-da – ulu öndər Heydər Əliyevin doğum günündə dostları ilə Fəxri xiyabana gələrək dahi liderin məzarını ziyarət etdiyini və bunu özünə mənəvi borc saydığını vurğulayıb.