“Azərbaycanda keçirilən seçkilər azad və ədalətli olub” Elşad Həsənov

Azərbaycan Milli Məclisinin depuatatı Elşad Həsənov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında Azərbaycanda keçirilmiş prezident seçklərinə dair çıxış edib.

XALQ.AZ deputatın çıxışımnı təqdim edir:

“Hörmətli həmkarlar.

Bu yaxınlarda Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkiləri ilə əlaqədar öz mülahizələrimlə bölüşmək istərdim. İlk öncə, burada hər kəsi əmin etmək istərdim ki,Azərbaycanda prezident seçkiləri azad və ədalətli olub və müvafiq beynəlxalq standartlara uyğun keçirilib. Seçkilər zamanı siyasi plüralizm namizədlər arasında real rəqabətə stimul verib.Seçkilərdə səkkiz namizdə iştirak edirdi və namizədlərin bəziləri mövcud hakimiyyəti sərt tənqid etməkdən belə çəkinmirdi.

Beynəlxalq müşahidəçilərə gəlincə, onlar özləri də daha öncə etiraf etmişlər ki, “seçkiləri sərbəst şəkildə müşahidə ediblər, prosesin idarəçiliyi yaxşı təmin edilmiş və seçkilər effektiv hazırlanmışdı”.

Eyni zamanda müşahidəçilər qeyd etdikləri bəzi qüsurlar barədə də məlumat vermişlər.Lakin mən əminəm ki, hər-hansı çatışmamazlıq seçkinin yekununa təsir etməmiş və seçki şəffaf və ədalətli olmuşdur.

Bu mənada biz Viorel Badeanın rəhbəri olduğu missiyanın hesabatının qərəzli və birtərəfli olduğu qənaətindəyik.Onlar iddia edir ki, seçkilərdə fundamental azadlıqlar sərt şəkildə məhdudlaşdırılmışdı.Müşahidəçilərin konkret olaraq nəyi nəzərdə tutduqlarını anlmaq çətindir.Media azadlığına gəlincə, qeyd etməliyəm ki, bu gün Azərbaycanda tam media azadlığı bərqərar olub. Azərbaycan İctimai Televiziyası namizədlərə ödənişsiz efir vaxtı təqdim etmişdi. İnternet saytlar və sosial media tam müstəqildir. Beləliklə, seçkilərin işıqlandırılması obyektiv və qərəzsiz olub.

Digər fundamental azadlıq –sərbəst toplaşmaq azadlığıdır.Seçkilər zamanı yerli müxalifət paytaxtda bir sıra mitinqlər təşkil etmiş və bu aksiyalara hakimiyyət tərəfindən icazə verilmişdi.Eyni zamanda namizdələr seçicilərlə görüşlər keçirmiş və bölgələrdə kütləvi toplantlar baş tutmuşdu. Beləliklə, hakimiyyət sərbəst toplaşmaq azadlığını da təmin etmişdir.

Seçkilərdə hər səkkiz namizd üçün şəffaf və ədalətli şərtlər yaradılmış və kampaniya geniş ictimaiyyətin marağını təmin etmişdi.Yeni Azərbaycan partiyasının namizədi cənab İlham Əliyev geniş ictimai dəstəyi səbəbindən seçkilərdə inamlı qələbə qazandı. İlham Əliyevin uğurlu iqtisadi inkişaf, sabitlik və multikulturalizm siyasəti seçkidə onun birmənalı qələbəsini şərtləndirdi.

Şübhə yoxdur ki, prezident seçkilərində bütün fundamental azadlıqlar təmin edilmişdi. Seçkilər yaxşı təşkil edilmiş və seçicilər öz iradələrini nümayiş etdirmişlər.

Bəzi müşahidəçilərin qərəzli mövqeyinə baxmayaraq, biz Azərbaycan-AŞPA münasibətlərinə önəm veririk. Əminəm ki, münasibətlərimiz qarşılıqlı maraqlarımız çərçivəsində inkişaf edəcək.

Diqqətinizə görə təşəkkür edirəm”.