Azərbaycanda korrupsiyaya qarşı mübarizə ciddi şəkildə aparılır

2

 

“Korrupsiyanın, rüşvətxorluğun aradan qaldırılması üçün Azərbaycan dövləti əlindən gələni edir”

“Korrupsiyaya qarşı mübarizə təkcə Azərbaycanın deyil, bəşəriyyətin problemidir”.

Bu sözləri Editor.az-a açıqlamasında YAP icraçı katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı korrupsiyaya qarşı mübarizə tədbirlərindən danışarkən belə deyib.

Onun sözlərinə görə, əsas məsələ korrupsiyanı yaradan səbəbləri aradan qaldırmaq lazımdır: “Son illər Azərbaycanda kompleks şəkildə korrupsiyaya qarşı mübarizə tədbirləri həyata keçirilir. Cənab Prezident İlham Əliyev dəfələrlə korrupsiyaya qarşı mübarizənin əhəmiyyətindən danışaraq, məmurları vətəndaşları süründürməçiliyə salmamağa, onlara qarşı münasibətdə təvazökar olmağa çağırıb. Artıq mübarizə tədbirlərinin kifayət qədər uğurlu nəticələri var. “Asan Xidmət”in yaradılması bu istiqamətdə ciddi nəticə sayıla bilər. Qısa müddətdir yaranmasına baxmayaraq, ölkə vətəndaşlarının əhəmiyyətli hissəsinin “Asan Xidmət”ə müraciət etməsi, bir milyondan artıq vətəndaşın bu xidmətdən yararlanması bunun bariz nümunəsidir. Prezident İlham Əliyev çıxışında bildirib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə bundan sonra da ciddi şəkildə davam etdiriləcək. Bu, böyük sosial bəladır, böyük yaradır. Korrupsiyanın, rüşvətxorluğun aradan qaldırılması üçün Azərbaycan dövləti əlindən gələni edir. Rüşvətxorluq üçün meydan daralır. Sistem xarakterli tədbirlər görülür, islahatlar aparılır. Eyni zamanda, inzibati metodlar, cəza tədbirləri görülür və görüləcək”.