Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək – Rəsmi

Milli meclis-2
“Boş qalan yer yeni deputatla təmin olunmalıdır”.
XALQ.AZ xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədli bəyan edib.
Natiq Məmmədli qeyd edib ki, qanunvericiliyə görə, seçkinin keçirilməsi üçün müəyyən prosedur qaydaları var: “Həmin prosedur qaydalar başa çatandan sonra bəlli bir müddətdə araşdırmalar aparılır. Ondan sonra isə seçkinin keçirilib-keçirilməməsinin mümkünlüyü müəyyən edilir. Əgər mümkün sayılırsa, əlbəttə ki, seçki keçirilir və boş qalan yer yeni deputatla təmin olunmalıdır.”
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 1-də Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbində qəsəbə sakinləri ilə görüş keçirib. Mehriban Əliyeva həmin görüşdə seçicilərinə Milli Məclisdə öz fəaliyyətini dayandıracağını bildirib.