Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək

Mərkəzi Seçki Komissiyası bir həftədən gec olmayaraq növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək.

 

XALQ.AZ-ın məlumatına görə, Konstitusiyanın 179.2-ci maddəsinə əsasən, prezident növbədənkənar Prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir.

 

Qeyd edək ki, Konstitusiyanın 179.1 maddəsinə əsasən, Prezidentin elan etdiyi halda növbədənkənar Prezident seçkiləri keçirilir.

 

Prezident İlham Əliyevin növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamda bildirilir ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.