Azərbaycanda yeni agentlik yaradılır-YENİLİK

fizuli

Xalq.az  Sia.az-a  isitnadən məlumat verir ki, Azərbaycanda ilk dəfə olaraq Sosial Dəstək Fondunun yaradılması, aztəminatlı ailələrə güzəştli mikrokreditlərin verilməsi mexanizminin tətbiqi istiqamətində işlər aparılır. Bu işlər müəyyən potensiala malik yoxsul ailələrin şəxsi təsərrüfatlarını inkişaf etdirmək imkanı qazanmasına, aztəminatlı vətəndaşın tədricən yoxsulluqdan sahibkarlığa doğru irəliləyişinə hesablanıb”. Xalq.az-ın  məlumatına görə, bunu yap.org.az saytına müsahibəsində əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov deyib.

Nazir bildirib ki, ölkənin tərəqqisi, dünya iqtisadiyyatına inteqrasiyası milli əmək potensialının inkişaf etdirilməsini vacib vəzifə kimi qarşıya qoyur: “Bununla bağlı olaraq, Dünya Bankı ilə birgə icra olunan “Sosial müdafiənin inkişafı Layihəsi” çərçivəsində Azərbaycan müəssisələrinin ümumdünya bazarında rəqabətə davamlılığını artırmaq, o cümlədən Azərbaycanda insan resurslarının inkişafını təmin etmək üçün 200 peşə, 100 təlim və iş yerlərində 200 peşə üzrə qiymətləndirmə standartının hazırlanmasına başlanıb və beynəlxalq ekspertlərin və yerli iş adamlarının iştirakı ilə artıq 200 peşə standartı hazırlanıb”.

F.Ələkbərov həmçinin qeyd edib ki, hazırda əmək ehtiyatlarından daha dolğun istifadə etmək, işçi qüvvəsinin keyfiyyətini və rəqabət qabiliyyətini artırmaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Ehtiyatlarının İnkişafı Agentliyinin yaradılması istiqamətində işlər aparılır.