Azərbaycanda zəlzələ oldu

zalzala

Bu gün səhər saatlarında Azərbaycanda zəlzələ baş verib. XALQ.AZ Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 07:24-də  Saatlı rayonu ərazisində qeydə alınıb.

Maqnitudası 5.3, dərinliyi 39 km olan zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub.