Azərbaycanı Avropada 7 yaşlı qız təmsil edəcək

A-1

Azərbaycan növbəti dəfə Bolqarıstanın Varna şəhərində uşaqlar arasında keçirilən “Golden Sparkles European Music Festival”da təmsil olunacaq.

XALQ.AZ-ın məlumatına görə, müsabiqədə ölkəmizi 7 yaşlı Aylin Nəcəfli təmsil edəcək. Dövlət Kukla Teatrının solisti olan Aylin lap kiçik yaşlarında səhnədə və teatrın tamaşalarında iştirak edir.

Qeyd edək ki, 30-a yaxın ölkənin iştirak edəcəyi festivalda Azərbaycan nümayəndə heyətinin rəhbəri fəlsəfə elmləri doktoru Hüseyn Cavadzadə olacaq. O, münsiflər heyyətində prodüserdir. H.Cavadzadə açıqlamasında müsabiqə ilə bağlı bunları deyib.

“Artıq ikinci ildi Avropa musiqi müsabiqəsində təmsil olunuruq. Aylin çox gözəl musiqi duyumuna malikdir və istedadlıdır. İnanıram çox gözəl nəticə ilə geri qayıdacaq”.