Azərbaycanın Birinci xanımı dünyada birinci oldu

mehriban 1

Xalq.az xəbər verir ki,Rusiyanın məşhur dəb və gözəllik jurnalı olan “Allure” dünyanın ən zövqlü 7 birinci xanımının siyahısını hazırlayıb. Liderlik Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya məxsusdur.Bu barədə Azərbaycanın birinci xanımının saytında xəbər verilib.

“Allure” jurnalı yazır ki, ən gözəl birinci xanımlardan olan Mehriban Əliyeva avqustun 26-da doğum gününü qeyd edib. “Dəbli məşhurların siyahısında Azərbaycan prezidentinin xanımının adına Hollivud ulduzlarından heç də az rast gəlinmir”, – deyə yazıda bildirilir.

Sonrakı sıralama belədir:

  1. Karla Bruni-Sarkozi (Fransa)

  2. Mişel Obama (ABŞ)

  3. Jaklin Kennedi (ABŞ, 1961-1963)

  4. Əsma Əsəd (Suriya)

  5. Hayrennisə Gül (Türkiyə)

  6. Kristina Fernandes (Argentina)

http://www.allure.ru/zvezdy/sekrety_zvezd/71182_7_samykh_stilnykh_pervykh_ledi_.php