Azərbaycanın döyüş təyyarələri səmaya qaldırıldı

74
Hərbi Hava Qüvvələri təlim-məşq uçuşları həyata keçirib
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2014-cü ilin döyüş hazırlığı planına əsasən Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən mayın 1-də Hərbi Hava Qüvvələrinin uçuş hazırlığı yoxlanılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Xalq.az-a verilən məlumata görə, döyüş hazırlıq səviyyəsinin yoxlanılması məqsədilə aviasiya poliqonunda SU-25 tipli döyüş təyyarələrinin tətbiqi üzrə çalışmalar yerinə yetirilib. Təlim-məşq uçuşlarında müxtəlif aviasiya silahlarından yerüstü hədəflərə atəş açılıb.
Döyüş tətbiqi üzrə qiymətləndirmə metodikasına uyğun olaraq, təlimlərdə iştirak edən uçuş heyətinin hazırlığı, praktiki fəaliyyəti və peşəkarlıq səviyyəsi yüksək qiymətləndirilib.