Azərbaycanla bağlı video-çarx Türkiyə mətbuatında – VİDEO,FOTO

Bir neçə gün öncə sosial şəbəkələrdə yayılmış “Yaxşı ki, varsan, Azərbaycan” adlı çarxın səs-sorağı Türkiyədən gəlir. 

XALQ.AZ xəbər verir ki, qardaş ölkənin xəbər agentlikləri Azərbaycanı tərənnüm edən sözügedən çarx barədə geniş məlumatlar yayıblar. “Kafkas Haber Ajansı”, “Kars Haberajansı”, “Ajans36”, “Haberiniz.com.tr”, “Anadolu Haber Ajansı”, “Memleketim.com.tr” və sirə kimi xəbər mənbələrində yer alan çarx oxucular tərəfindən də böyük maraqla qarşılanıb. Xəbər “Azerbaycanla ilgili muhteşem klip” başlığı altında təqdim olunub.

Xatırladaq ki, “Yaxşı ki, varsan, Azərbaycan”adlı çarxda ölkəmizdəki əminəmanlığa diqqət yönəldilir, xalq birliyə çağrılır. 4 dəqiqəlik filmin çox maraqlı və təsirli xətti var. Cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən vətəndaşlar təəccüblə qeybdən gələn səsi dinləyirlər. Sonradan təəccüb hissi qürur və şükranlıq duyğuları ilə əvəzlənir. Çarxda Azərbaycanın bu günkü vəziyyətini və ölkənin uğurlarını əks etdirən görüntülər də yer alıb. Ramin Əhmədovun ideya müəllifiliyi və rəhbərliyi ilə hazırlanmış sözügedən çarx yaxın günlərdə telekanallarda da nümayiş olunacaq.