Azərbaycanlı biznesmen Moskvada sirk tikəcək

65

 

Rusiyada yaşayan azərbaycanlı milyoner, “Crocus Group”un sahibi Araz Ağalarov özünə məxsus yeni “Vegas-2” ticarət mərkəzində sirk inşa edəcək.

APA-nın xəbərinə görə, bu barədə Rusiyanın “İzvestiya” qəzeti məlumat yayıb.

“Crocus City”nin ərazisində inşa ediləcək sirk 2014-cü ilin yaz aylarında fəaliyyətə başlayacaq. Layihənin ümumi dəyəri 300 mln. ABŞ dolları qiymətləndirilir.

“Crocus Group”un vitse-prezidenti Emin Ağalarov isə bildirib ki, yeni ticarət mərkəzinin ümumi sahəsi 250 min kv.m olacaq və buranı həftənin iş günləri 30-40 min, istirahət günləri isə 60-70 min nəfər ziyarət edəcək.

Onun sözlərinə görə, ticarət mərkəzində sirkin inşa edilməsi buraya gələnlərin sayını daha da artıracaq.